2 güləşçimiz ilk mərhələdən yarışa başlayır, Nurəddin rəqibini gözləyir

  2 güləşçimiz ilk mərhələdən yarışa başlayır, Nurəddin rəqibini gözləyir

Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatında bu gün sərbəst güləşçilər mübarizəyə başlayacaq.

Mediasport.az xəbər verir ki, Nurəddin Novruzov (61 kq) 1/8 finalda Peter Luis Hammer (Kosta Rika) - Ahmet Duman (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Kənan Heybətov (70 kq) ilk mərhələdə Maniş Qoşvamini (Hindistan) ilə qarşılaşacaq. Orxan Abasov (79 kq) isə ermənistanlı Arman Avaqyanla güləşəcək.

Abubakr Abakarov (92 kq) Şimali Makedoniya güləşçisi Redjeb Haydarini məğlub etməyə çalışacaq.

Yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq), Ülvü Qənizadə (72 kq) qızıl medal qazanıb. Nəticədə, yığmamız 85 xalla dünya çempionu olub. Titulunu qoruyan komandamız ardıcıl 2-ci dəfə bu uğura imza atıb.