Yunan-Roma güləşçilərimiz müstəqillik illərində AÇ-lərdə 60 medal qazanıblar - SİYAHI
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında 6 medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi vətənə qayıdıb.
mediasport.az xəbər verir ki, pəhləvanlarımız 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq qitə birincilikləri tarixində medalların əyarına görə özünün ən yaxşı nəticəsinə imza atıblar.
Komandamız 145 xalla Avropa ikincisi olub. Sərbəst güləş yığmamız isə bütün rəqiblərini qabaqlayaraq ardıcıl ikinci il komanda hesabında qitə birincisi adını təmin etdi. Ümumilikdə Avropa çempionatında Azərbaycan güləşçiləri 5 qızıl, 6 gümüş və 3 bürünc olmaqla, 14 medal qazandılar.
Yunan-Roma güləşində medal rekordu 3-qat Avropa çempionu Rafiq Hüseynova məxsusdur. 2-qat Avropa çempionu Eldəniz Əzizli isə eyni zamanda 4 dəfə bürünc medalçı olub.
Müstəqillik illərində Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatlarında 60 dəfə fəxri kürsüyə yüksəlib: 15 qızıl, 14 gümüş və 31 bürünc.
15 qızıl
Rafiq Hüseynov (3 dəfə) - 2011-ci il: Almaniya (74 kq), 2020: İtaliya (82 kq), 2022: Macarıstan (82 kq)
Rövşən Bayramov (2 dəfə) – 2007: Bolqarıstan (55 kq), 2008: Finlandiya (55 kq)
Elçin Əliyev (2 dəfə) - 2010: Azərbaycan (55 kq), 2012: Serbiya (55 kq)
Eldəniz Əzizli (2 dəfə) - 2018: Rusiya (55 kq), 2022: Macarıstan (55 kq)
Natiq Eyvazov (1 dəfə) – 1993: Türkiyə (52 kq)
Vitali Rəhimov (1 dəfə) – 2005: Bolqarıstan (60 kq)
Həsən Əliyev (1 dəfə) - 2010: Azərbaycan (60 kq)
Sənan Süleymanov (1 dəfə) - 2020: İtaliya (77 kq)
Həsrət Cəfərov (1 dəfə) - 2023: Xorvatiya (67 kq)
Ülvü Qənizadə (1 dəfə) - 2023: Xorvatiya (72 kq)
14 gümüş
Taleh Məmmədov (3 dəfə) – 2021: Polşa (63 kq), 2022: Macarıstan (63 kq), 2023: Xorvatiya (63 kq)
Rəsul Çunayev (2 dəfə) – 2014: Finlandiya (71 kq), 2018: Rusiya (72 kq)
Azad Əliyev (1 dəfə) - 1993: Türkiyə (74 kq)
Natiq Eyvazov (1 dəfə) – 1998: Belarus (54 kq)
Elvin Mürsəliyev (1 dəfə) – 2010: Azərbaycan (74 kq)
Elçin Əliyev (1 dəfə) – 2013: Gürcüstan (55 kq)
Həsən Əliyev (1 dəfə) - 2014: Finlandiya (66 kq)
Murad Məmmədov (1 dəfə) – 2018: Rusiya (60 kq)
İslam Abbasov (1 dəfə) – 2019: Rumıniya (87 kq)
Eldəniz Əzizli (1 dəfə) – 2023: Xorvatiya (55 kq)
Sabah Şəriəti (1 dəfə) - 2023: Xorvatiya (130 kq)
31 bürünc
Eldəniz Əzizli (4 dəfə) - 2011: Almaniya (55 kq), 2019: Rumıniya (55 kq), 2020: İtaliya (55 kq), 2021: Polşa (55 kq)
Kamran Məmmədov (3 dəfə) - 2013: Gürcüstan (60 kq), 2014: Finlandiya (59 kq), 2016: Latviya (66 kq)
Şalva Qadabadze (3 dəfə) – 2009: Litva (84 kq), 2011: Almaniya (96 kq), 2012: Serbiya (96 kq)
Həsən Əliyev (3 dəfə) - 2011: Almaniya (60 kq), 2013: Gürcüstan (66 kq), 2016: Latviya (71 kq)
Elvin Mürsəliyev (2 dəfə) – 2014: Finlandiya (75 kq), 2018: Rusiya (77 kq)
İslam Abbasov (2 dəfə) – 2020: İtaliya (87 kq), 2022: Macarıstan (87 kq)
Ülvü Qənizadə (2 dəfə) – 2020: İtaliya (72 kq), 2022: Macarıstan (72 kq)
Sənan Süleymanov (2 dəfə) – 2021: Polşa (77 kq), 2022: Macarıstan (77 kq)
Natiq Eyvazov (1 dəfə) – 1999: Bolqarıstan (54 kq)
Fuad Əliyev (1 dəfə) – 2006: Rusiya (60 kq)
Rövşən Bayramov (1 dəfə) – 2006: Rusiya (55 kq)
Vitaliya Rəhimov (1 dəfə) - 2011: Almaniya (66 kq)
Rafiq Hüseynov (1 dəfə) – 2018: Rusiya (82 kq)
Taleh Məmmədov (1 dəfə) – 2019: Rumıniya (63 kq)
Murad Bazarov (1 dəfə) – 2020: İtaliya (60 kq)
Həsrət Cəfərov (1 dəfə) - 2022: Macarıstan (67 kq)
Murad Məmmədov (1 dəfə) - 2022: Macarıstan (60 kq)
Nihat Məmmədli (1 dəfə) – 2023: Xorvatiya (60 kq