Azərbaycanın U-20 millisi EEVZA turnirində mübarizə aparacaq

Azərbaycanın U-20 millisi EEVZA turnirində mübarizə aparacaq

20 yaşadək qız voleybolçulardan ibarət Azərbaycan milli komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında mübarizə aparacaq.

Mediasport.az xəbər verir ki, Litvanın Şaulyay şəhərində baş tutacaq turnir 3-7 yanvar 2024-cü il tarixlərində keçiriləcək.

Oyunların təqvimi:

3 yanvar 14:00, Azərbaycan - Estoniya

4 yanvar 14:00, Azərbaycan - Latviya

5 yanvar 16:30, Azərbaycan - Ukrayna

6 yanvar 19:00, Azərbaycan - Litva

7 yanvar 16:30, Azərbaycan - Polşa