Bakı klubundan ayrılan serbiyalı "Makkabi" ilə müqavilə bağladı

Bakı klubundan ayrılan serbiyalı "Makkabi" ilə müqavilə bağladı

Qadınlardan ibarət “Murov Az Terminal” voleybol klubunda ayrılıq qeydə alınıb.

Mediasport.az xəbər verir ki, komandanın legioneri Daniela Nikiç Azərbaycandan ayrılıb.

Serbiyalı blokçu karyerasını İsraildə - Hayfa təmsilçisi "Makkabi" davam etdirəcək.

Xatırladaq ki, son mövsümü 4-cü pillədə başa vuran "Murov Az Terminal"ı daha əvvəl Yelena Malaxova və Bella Qatsalova tərk edib.