Yassin Benzialı Əlcəzair Afrikanın ən dəyərli komandaları arasındadır

Yassin Benzialı Əlcəzair Afrikanın ən dəyərli komandaları arasındadır

Afrika Millətlər Kubokunun seçmə mərhələsində (AFCON 2025) 6-cı turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, turnirdə yarışan ən dəyərli 10 yığmanın adı açıqlanıb və birinci pilləni Mərakeş ələ keçirib.

"Qarabağ"lı Yassin Benzianın milli komandası Əlcəzair 6-cı pillədə qərarlaşıb.

"Köhlən atlar"ın daha bir üzvü Patrik Andradeli Kabo Verde, "Zirə"nin formasını geyinən Anj Mutsinzili Ruanda, "Sumqayıt"ın oyunçusu Tresor Mossili Burundi ilk "10-luq"dan kənarda qalıb.

Qitənin ən dəyərli futbolçularının siyahısında isə zirvədə "Qalatasaray"da forma geyinən Nigeriya millisinin forvardı Viktor Osimhen qərarlaşıb.

Afrikanın ən dəyərli 10 milli komandası: Mərakeş (361 milyon avro, dünyada 13-cü), Nigeriya (333 milyon avro, 36-cı), Fil Dişi Sahili (261 milyon avro, 40-cı), Seneqal (231 milyon avro, 20-ci), Qana (221 milyon avro, 73-cü), Əlcəzair (180 milyon avro, 37-ci), Kamerun (179 milyon avro, 49-cu), Mali (131 milyon avro, 54-cü), Burkina Faso (106 milyon avro, 62-ci), Konqo Demokratik Respublikası (91.1 milyon avro, 57-ci).

Afrikanın ən dəyərli 10 futbolçusu: Viktor Osimhen ("Qalatasaray", Nigeriya, 75 milyon avro), Əşrəf Hakimi (PSJ, Mərakeş, 60 milyon avro), Məhəmməd Salah ("Liverpul", Misir, 55 milyon avro), Məhəmməd Kudus ("Vest Hem", Qana, 50 milyon avro), Pape Sarr ("Tottenhem", Seneqal, 45 milyon avro), Viktor Bonifeys ("Bayer" (Leverkuzen), Nigeriya, 45 milyon avro), Edmond Tapsoba ("Bayer" (Leverkuzen) Burkina Faso, 45 milyon avro), Osman Diomande ("Sportinq", Fil Dişi Sahili, 40 milyon avro), Nikolas Cekson ("Çelsi", Seneqal, 40 milyon avro), Brayan Mbeumo ("Brentford", Kamerun, 40 milyon avro).

Rövşən