Azərbaycan millisi bütün görüşləri məğlubiyyətlə başa vurub
18 yaşadək voleybolçu qızlar arasında keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatı başa çatıb.
Mediasport.az xəbər verir ki, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışda mübarizə aparan komandamız bir set qazanmadan bütün oyunlarda eyni hesabla məğlub olub - 0:3.
Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv son olaraq Gürcüstana uduzub.
Millimiz bunadək Polşa, Latviya, Ukrayna, Estoniya və Litvaya "quru hesablarla"la yenilmişdi.
Yarış AVRO-2024-ə seçmə xarakteri daşıyıb.