“Hələ heç nə bitməyib" filminin təqqdimat mərasimi keçiriləcək

“Hələ heç nə bitməyib" filminin təqqdimat mərasimi keçiriləcək

Azərbaycan Gənclər və İdman Nazirliyinin növbəti layihəsinin təqdimat mərasimi keçiriləcək.

Mediasport.az xəbər verir ki, Azərbaycanın idmançı və məşqçilərinə həsr olunan filmlər silsiləsindən növbəti ekran əsəri ərsəyə gətirilib.

“Hələ heç nə bitməyib - Rüstəm İmanzadə” adlı filmin qəhrəmanı ağırlıqqaldıran Rüstəm İmanzadədir.

Onun həyatı və karyerasından bəhs edən filmi tezliklə ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, Rüstəm 2009-14-cü illərdə respublika çempionatlarının qalibi olub.