Azərbaycanlı futbolçulara qarşılaşmaq qismət olmayıb

Azərbaycanlı futbolçulara qarşılaşmaq qismət olmayıb

Türkiyə 1-ci Liqasında 21-ci turun oyunları başa çatıb.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə 4 görüş keçirilib.

Azərbaycanlı futbolçular - Sərtan Taşqının çıxış etdiyi "Manisa" Bəxtiyar Həsənalızadənin komandası "Tuzlaspor"la qarşılaşıb (1:2).

Təmsilçilərimizin adları qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Turun digər oyunlarında Vüsal İsgəndərovun komandası "Boluspor" "Keçiörəngücü"nü (2:1), Ramil Şeydayevin komandası "Adanaspor"u (1:0) məğlub edib, Coşqun Diniyevli "Ümraniyəspor" "Bodrumspor"a uduzub (1:2).

Çempionatın turnir cədvəlində "Tuzlaspor" 22 xalla 14-cü, Manisa klubu isə 23 xalla 12-ci sırada qərarlaşıb.

Türkiyə, 1-ci Liqa

"Ərzurumspor" - "Şanlıurfaspor" 2:0

"Tuzlaspor" - "Manisa" 2:1

"Gənclərbirliyi" - "Çorum" 0:0

"Giresunspor" - "Eyüpspor" 0:0