Millimiz Türkiyə, Qazaxıstan və Moldova yığmaları ilə qarşılaşacaq

Millimiz Türkiyə, Qazaxıstan və Moldova yığmaları ilə qarşılaşacaq

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək.

Mediasport.az xəbər verir ki, yığmanın rəqibləri Qazaxıstan, Türkiyə və Moldova kollektivləri olacaqlar.

Futbolçularımız Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq.

Heyətin formalaşması məqsədilə mayın 22-23-də Milli Komandaların Təlim-Məşq Mərkəzində seleksiya xarakterli oyunlar keçiriləcək.

U-19 mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək.


Millimizin oyunlarının təqvimi


4 iyun

20:30. Azərbaycan (U-19) - Qazaxıstan (U-19)

7 iyun

18:00. Azərbaycan (U-19) - Türkiyə (U-20)

10 iyun

20:30. Azərbaycan (U-19) - Moldova (U-19)