Yığmamıza İspaniyadan çağırılan qapıçı heyətdən kənarlaşdırıldı

Yığmamıza İspaniyadan çağırılan qapıçı heyətdən kənarlaşdırıldı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Mediasport.az xəbər verir ki, İspaniyanın “Marset” Futbol Akademiyasından cəlb olunan qapıçı Elbrus Kərimov məşq zamanı zədələndiyi üçün onun əvəzinə “Neftçi” klubundan Məhdi Həsənov milliyə dəvət edilib. 

U-17 aprelin 16-dan 21-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Millimiz aprelin 22-dən 28-dək isə Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək.

İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv turnir çərçivəsində Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq.