Türkiyə Kuboku: Şahruddinin komandası ilk matçına çıxacaq
Türkiyə Kubokunda 5-ci turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçular Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" cari mövsüm turnir çərçivəsində ilk matçına çıxacaq, Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" isə növbəti rəqibi ilə görüşəcək.
Adana klubu evdə "24 Ərzincanspor"la, Bolu təmsilçisi isə "Başakşəhər"lə qarşılaşacaq.
Xatırladaq ki, "Boluspor" 4-cü turda "Amed"i mübarizədən kənarlaşdırıb - 1:0.
Türkiyə Kuboku. 5-ci mərhələ
14:00 Antalyaspor - Pendikspor
14:00 Başakşəhər - Boluspor
16:00 Qaziantepspor - Bodrumspor
18:00 Alanyaspor - Samsunspor
20:00 Adana Dəmirspor - 24 Ərzincanspor
22:00 Fənərbağça - Adanaspor