Azərbaycanlı futbolçu 4 oyundan sonra səfər qələbəsinə sevinib
Futbol üzrə Türkiyə 1-ci Liqasında 31-ci tura start verilib.
Mediasport.az xəbər verir ki, azərbaycanlı Sərtan Taşqının formasını geyindiyi "Manisa" autsayder "Altay"ın qonağı olub.
81 dəqiqə meydanda olan müdafiəçimizin komandası səfərdən qələbə ilə qayıdıb - 2:0.
Bu, Manisa təmsilçisinin 4 oyundan sonra ilk qələbəsi olub.
"Manisa" hazırda 36 xalla 11-ci pillədə qərarlaşıb.