Azərbaycan milli komandası FİFA reytinqində mövqeyini qoruyub
FİFA-nın qadın futbol komandalarının mart ayı üçün yenilənmiş reytinq cədvəli açıqlanıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan yığması 1305,48 xalla 76-cı pillədəki mövqeyini qoruyub.
Millimizin ən yaxın izləyicisi 1294,31 xalla Trinidad və Tobaqodur.
Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektivi 1322, 49 xalla Peru futbolçuları qabaqlayırlar.
Sıralamaya 2085,96 xalla son dünya çempionu ispaniya başçılıq edir.
Mundialın finalçısı İngiltərə ikinci (2021,41), Fransa isə üçüncüdür (2018,81).