Milli komandamızın hücumçusu evdə "Beşiktaş"la görüşəcək

Milli komandamızın hücumçusu evdə "Beşiktaş"la görüşəcək

Bu gün Türkiyə Superliqasında 18-ci tura yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" evdə "Beşiktaş"ı qəbul edəcək.

Xatırladaq ki, Hatay təmsilçisi ölkə çempionatının turnir cədvəlində 19 xalla 11-ci, İstanbul klubu isə 26 xalla 6-cı sırada qərarlaşıb.

Türkiyə Superliqası. 18-ci tur

18:00 "Kasımpaşa" - "Rizespor"

18:00 "Alanyaspor" - "Samsunspor"

21:00 "Hatayspor" - "Beşiktaş"

21:00 "Pendikspor" - "Ankaragücü"