"Qarabağ"ın rəqibindən yeni rekord
UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi "Bayer" Almaniya Bundesliqada yeni klub rekorduna imza atıb.
Mediasport.az xəbər verir ki, çempionatın 9-cu turu çərçivəsində səfərdə “Frayburq”u 2:1 hesabı ilə məğlub edən lider vurduğu qolların sayını 27-yə çatdırıb.
Orta hesabla hər matçda üç qol vuran Leverkuzen təmsilçisi özünün 27 illik məhsuldarlıq rekordunu yeniləyib.
"Bayer" ilk 9 turda ən çox qolla (24) 1996/1997-ci illər mövsümündə yadda qalıb.
Qeyd edək ki, "əczaçılar" Avroliqanın qrup mərhələsinin 4-cü turu çərçivəsində noyabrın 9-da Bakıda Azərbaycan çempionunun qonağı olacaqlar.