Avropa çempionatına yollanan azərbaycanlı hakimin qolu sındı
Rumıniyanın Piteşti şəhərində keçirilən basketbol üzrə 20 yaşadək oğlanlar arasında Avropa çempionatının “B” divizionu matçlarına təyinat almış hakim Ələkbər Həsənovun səhhətində problem yaranıb.
Mediasport.az xəbər verir ki, seçmə mərhələnin bir neçə görüşünü idarə etmiş beynəlxalq dərəcəli hakimin qolu sınıb.
Ədalət təmsilçisi istirahət zamanı büdrəyərək yıxılıb və sağ qolundan xəsarət alıb.
Azərbaycanlı hakim avqustun 9-da start götürəcək 16 yaşa qədər oğlanlar arasında Avropa çempionatı "A" divizionunun oyunlarında ədaləti qoruyacaq.