Fransa yığmasının futbolçusu özünü körpüdən atmaq istəyib
Fransanın gənclər yığmasının üzvü Aleksis Beka-Beka intihara cəhd edib.
Mediasport.az xəbər verir ki, Liqa 1-də "Nitsa"nın formasını geyinən 22 yaşlı yarımmüdafiəçi özünü körpüdən atmaq istəyib.
Hadisə Nitsa şəhərindəki Manyan körpüsündə qeydə alınıb.
Polis əməkdaşlarının sayıqlığı nəticəsində gənc futbolçunun intihar cəhdinin qarşısı alınıb. Futbolçunun sevgilisindən ayrıldığı üçün intihar etmək istədiyi bildirilir.