Millimizin baş məşqçisi Atatürklə bağlı paylaşımlarına görə göndərildi

Millimizin baş məşqçisi Atatürklə bağlı paylaşımlarına görə göndərildi

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligil 4 gün əvvəl müqavilə bağladığı PAOK klubunda hörmətsizliklə qarşılaşıb.

mediasport.az xəbər verir ki, Yunanıstan klubu azarkeşlərin etirazından sonra sosial şəbəkə hesabında Mustafa Kamal Atatürklə bağlı paylaşımlar edən 42 yaşlı mütəxəssisin müqaviləsinə birtərəfli xitam verib.

Qeyd edək ki, PAOK iyunun 10-da türkiyəli baş məşqçi ilə anlaşdığını açıqlamışdı.

Ataman Güneyligil Azərbaycan Voleybol Federasiyası ilə 3 aylıq müqaviləyə qol çəkib. O, 15 avqust-3 sentyabr tarixlərində keçiriləcək Avropa çempionatının seçmə mərhələ görüşlərində yığmamızın "sükan"ı arxasında olacaq.