"Azərreyl"dən MOİK-ə
Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasının sabiq üzvü Vadim Kutukov "Azərreyl"dən ayrılıb.
Mediasport.az xəbər verir ki, o, Azərbaycan Yüksək Liqanın digər təmsilçisi MOİK-ə keçib.
Vadim yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
37 yaşlı oyunçu "dəmiryolçular"dan əvvəl uzun illər "Neftçi"də də forma geyinib.