Yığmamızın üzvləri Vyetnam çempionatında medal qazanıblar

Yığmamızın üzvləri Vyetnam çempionatında medal qazanıblar

Azərbaycan millisinin voleybolçuları Polina Rəhimova və Odina Əliyevanın komandaları Vyetnam çempionatında medalçılar sırasına düşüblər.

Mediasport.az xəbər verir ki, Polina Rəhimovanın formasını geyindiyi “Xoa Çat Duk Qianq Tia Sanq” klubu liqanı gümüş medalla başa vurub.

Odina Əliyevanın şərəfini qoruduğu “Binh Dyen Lonq An” isə bürünc mükafata yiyələnib.

Polina Rəhimova həmçinin Vyetnam liqasının ən yaxşı hücumçusu seçilib.