Yığmamızın Belçika ilə matçını idarə edəcək hakimlər açıqlanıb

  Yığmamızın Belçika ilə matçını idarə edəcək hakimlər açıqlanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Belçika ilə qarşılaşacaq.

Mediasport.az xəbər verir ki, həmin görüşü Darko Saviç (Serbiya) və Yavuz Akdemir (Türkiyə) idarə edəcəklər.

Qarşılaşma avqustun 24-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Bu, Fərid Cəlalovun komandasının ikinci sınağıdır. Yığmamız buna qədər səfərdə Avstriyaya 0:3 hesabı ilə uduzub.