Millimizin üzvü Rusiya çempionatında gümüş medal qazandı - FOTO

Millimizin üzvü Rusiya çempionatında gümüş medal qazandı - FOTO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Mariya Kirilyuk Rusiya çempionatının "A" Yüksək Liqasında mövsümü gümüş medalla başa vurub.

mediasport.az xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Severyanka" (Çerepoveç) klubu son qarşılaşmada "Lokomotiv-2" kollektivindən üstün olub - 3:1.

Yarış dairəvi sistemlə keçirilib. İlkin etapı lider kimi başa vuran "Severyanka" final mərhələsində topladığı xallara görə ikinci olub.