Azərbaycan badmintonçusu Eddi Reski Dviçayo qızıl medal qazandı

Azərbaycan badmintonçusu Eddi Reski Dviçayo qızıl medal qazandı

Azərbaycan badmintonçuları Maltanın Kospikua şəhərində keçirilən “Future” seriyalı “Malta International 2022” turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

mediasport.az xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında turnirin bir nömrəli reytinq favoriti Edi Reski Dviçayo müvafiq kateqoriyada qızıl medal əldə edib.

Kişi badmintonçuların qoşa yarışında Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi Niderland, Portuqaliya və Almaniyanı təmsil edən idmançılara qalib gələrək finala yüksəlib. Edi-Ezmi qoşasının həlledici görüşdə də rəqibləri alman badmintonçuları olub. Hər iki setdə rəqiblərindən geri qalan kişi badmintonçularımız (20:22,15:22) qoşa yarışında fəxri kürsünün ikinci pilləsində yer alıb.

Qadınların qoşa yarışında isə qazancımız bürünc medal olub. Era Maftuha-Fatimə Zəhrə yarımfinala kimi Niderland və Macarıstan badmintonçularını məğlub etsə də, finala yüksəlmək uğrunda keçirilən görüşdə alman həmkarlarına 0:2 (8:21, 11:21) hesabı ilə uduzaraq, turniri 3-cü sırada başa vurub.