Dünya və Avropa çempionu Azərbaycan millisinin heyətindən çıxarılıb - Yığmalarımızın HEYƏTİ

Dünya və Avropa çempionu Azərbaycan millisinin heyətindən çıxarılıb - Yığmalarımızın HEYƏTİ

Azərbaycan güləşçiləri 2024-cü ilin ilk yarışına çıxırlar.

Mediasport.az xəbər verir ki, yanvarın 10-dan 14-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək reytinq turnirində ölkəmizi 26 idmançı təmsil edəcək.

Yunan-Roma güləşi üzrə üçqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq) və qadın güləşçi Elnurə Məmmədova (53 kq) turnirdə yer almayacaqlar.

Sərbəst güləşçilərimiz Taymuraz Kokoyev və Şərif Şərifovun, qadın güləşçilərimiz Semyon Çterev və məşqçi Ağahüseyn Mustafayevin, yunan-Roma güləşçilərimiz isə Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Kamran Məmmədovun rəhbərliyi altında yarışacaqlar.

Yarışda I kateqoriyalı hakim Kamran Əliyev ədaləti qoruyacaq.

“Zaqreb Open” turniri reytinq xarakterlidir.


Sərbəst güləşçilərimiz

5️⃣7️⃣ kq İslam Bazarqanov 

6️⃣1️⃣ kq Əliabbas Rzazadə, Nurəddin Novruzov 

6️⃣5️⃣ kq Zirəddin Bayramov 

7️⃣4️⃣ kq Cəbrayıl Qadjiyev 

8️⃣6️⃣ kq Osman Nurmaqomedov, Arseniy Djioyev 

1️⃣2️⃣5️⃣ kq Georgi Meşvildişvili, Vaxit Qalayev 


Qadın güləşçilərimiz

5️⃣5️⃣ kq Gültəkin Şirinova 

5️⃣7️⃣ kq Jalə Əliyeva 

5️⃣9️⃣ kq Alyona Kolesnik 

6️⃣2️⃣ kq Birgül Soltanova 

6️⃣8️⃣ kq Elis Manolova 


Yunan-Roma güləşçilərimiz

6️⃣0️⃣ kq Nihat Məmmədli 

6️⃣3️⃣ kq Murad Məmmədov 

6️⃣7️⃣ kq Həsrət Cəfərov 

7️⃣2️⃣ kq Ülvü Qənizadə 

7️⃣7️⃣ kq Sənan Süleymanov, Xasay Həsənli 

8️⃣7️⃣ kq İslam Abbasov, Rafiq Hüseynov 

9️⃣7️⃣ kq Murad Əhmədiyev, Murat Lokyayev 

1️⃣3️⃣0️⃣ kq Beka Kandelaki, Sabah Şəriəti