Hakimi vurmaq istəyən iranlı məşqçiyə srət cəza verilib - FOTO
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, toplantıda futzal üzrə Yüksək Liqanın 2-ci turunun "Yasamal Bakı" - "Record club" oyununda qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verilib.
Sentyabrın 30-da keçirilmiş görüşdə “Record club"un baş məşqçisi Ali Sabahiaghghaleh oyunun 40-cı dəqiqəsində hakimə qarşı fiziki təzyiqə cəhd göstərib.
Komitə matçda birbaşa qırmızı vərəqə alan iranlı mütəxəssisə 5 oyunluq cəza verib.
Futbol üzrə Gənlər Liqasında çıxış edən “Araz-Naxçıvan”ın baş məşqçisi Xəyal Mustafayev də eyni cəza ilə üzləşib. O, “Qarabağ”la görüşdə hakimi təhqir etdiyi üçün texniki zonadan qovulub.