Bakı çempionatı keçiriləcək

Bakı çempionatı keçiriləcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 14-də Bakı çempionatı təşkil olunacaq.

MediaSport.az xəbər verir ki, Bulvar ərazisində, “Milan Expo”nun qarşısında keçiriləcək çempionatda paytaxtla yanaşı Mingəçevirdən olan 70-ə yaxın yeniyetmə və gənc avarçəkən yarışacaq.

İdmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində mübarizə aparacaqlar. Yarışlar saat 17:00-dan etibarən başlanacaq. Bakı çempionatı bir gün davam edəcək.