Avarçəkənlərimiz "Vyana Reqatası"nda 5 medal qazanıblar
Azərbaycan avarçəkənləri Avstriyanın paytaxtı Vyanada təşkil olunan ənənəvi beynəlxalq "Vyana Reqatası"nda 5 medal qazanıb.
Mediasport.az xəbər verir ki, 120-ci dəfə təşkil olunan turnirdə iştirak edən Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb.
Böyüklər arasında akademik avarçəkmə üzrə yığma komandamızın lideri Bəhmən Nəsiri 2000 metr məsafəyə yürşülərdə A finalında qızıl medala sahib olub. Murad Sadıxov 3-cü yer tutub. Eyni məsafədə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə A finalında finişi ikinci yerdə keçib.
Gənclər arasında Nurlan Paşayev 2000 metr məsafədə A finalında birinci olub. Yeniyetmələr arasında bir nəfərlik qayıqda 1500 metr məsafəyə yürüşlərdə Azər İlyasov A finalında bürünc medal qazanıb.