Avarçəkənlərimiz Ankarada “Bahar Kuboku”na qatılacaqlar
Azərbaycanın akademik avarçəkmə üzrə gənclərdən ibarət millisi Türkiyənin paytaxtı Ankarada keçiriləcək “Bahar Kuboku” reqatasında iştirak edəcək.
Mediasport.az xəbər verir ki, komanda yarışa bir məşqçi olmaqla ümumilikdə 5 nəfərlik heyətlə qatılacaq.
Yarışda baş məşqçi Volodimir Morozovun rəhbərliyi altında Nurlan Paşayev, Azər İlyasov, Tunar Məmmədzadə və Fariz Babayev mübarizə aparacaq.
Qedy edək ki, “Bahar Kuboku” reqatası iyunun 11-dən 13-dək davam edəcək.