Bakıda "BEFIT" fitnes klublar şəbəkəsinin ilk filialı açılıb
"BEFIT" fitnes klublar şəbəkəsinin Bakıda ilk filialının rəsmi açılışı olub.
Mediasport.az xəbər verir ki, "Crescent Mall"da yerləşən "BEFIT" beşulduzlu xidmət və qabaqcıl fitnes texnologiyaları təklif edərək öz qapılarını bütün idman və sağlam həyat tərzi sevənlərin üzünə açıb.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, “Crocus Fitness” klubunun təsisçisi, iş adamı Emin Ağalarov, Mərkəzi Asiya MMA Konfederasiyasının Prezidenti Otabek Umarov və onun həyat yoldaşı, Özbəkistan Prezidentinin qızı Şahnaz Mirzoyeva iştirak ediblər.