Azərbaycan dünya çempionatında iki idmançı ilə təmsil olunacaq
İtaliyanın Genuya şəhərində sahil avarçəkməsi ("coastal rowing") və çimərlik sprinti ("beach sprint") üzrə dünya çempionatı keçiriləcək.
Mediasport.az xəbər verir ki, 6-8 sentyabrda sahil avarçəkməsi üzrə dünya çempionatında Bakı Avarçəkmə Kanoe İdman klubu adından qadınlar arasında Diana Dımçenko, kişilərdə isə Murad Sadıxov bir nəfərlik qayıqda mübarizə aparacaq.
2028-ci ildə Los-Anceles olimpiadasının təqvim planına daxil edilən çimərlik sprinti üzrə dünya çempionatı 13-15 sentyabrda keçiriləcək.
Azərbaycan millisi adından bu yarışda Diana və Murad bir nəfərlik qayıqda mükafatçılar sırasına düşməyə çalışacaqlar.