Yeni mövsümün açılış oyununda Cəlilabad klubu qələbə qazanıb
"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 2023/2024-cü illər mövsümünə start verilib.
Mediasport.az xəbər verir ki, açılış oyununda "Sərhədçi" və "Cəlilabad" klubları qarşılaşıblar.
Duel bölgə təmsilçisinin qələbəsilə yekunlaşıb - 86:76.
Ən məhsuldar basketbolçular "Sərhədçi"dən (Cekson Mills - 19 xal, 5 asist), "Cəlilabad"dan (Kobi Tomas - 19 xal, 4 ribaund) olublar.
İlk turun digər matçları 27-29 oktyabr tarixləri aralığında keçiriləcək.
"Neftçi" "Xəzri", "Xırdalan" "Şəki", "NTD-INDIGO" "Sumqayıt" və "Gəncə" "Sabah"la üz-üzə gələcək.