Azərbaycanın dünya çempionu: "Çəkdiyim əziyyət yerdə qalmadı"
“Dünya çempionatında 4 döyüş keçirdim. Yarımfinal və final görüşlərim bir az çətin oldu".
Mediasport.az xəbər verir ki, bu sözləri paratekvondo üzrə yığmamızın lideri İmaməddin Xəlilov deyib.
Meksikada keçirilən Qran-pri və dünya çempionatında qızıl medal qazanan idmançımız Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təəssüratlarını bölüşüb.
Təmsilçimiz əldə etdiyi nailiyyətləri növbəti yarışlarda təkrarlamaq üçün çalışacağını deyib: "Çəkdiyim əziyyət yerdə qalmadı. Çox şükür ki, 2 qızıl medal qazandım. Parataekvondo növü Paralimpiadaya daxil edildikdən sonra ilk dəfə Azərbaycana qızıl medalı mən gətirdim. Bu, çox qürurvericidir. Çempionluq sayəsində dünya reytinqində ilk pilləyə də yüksəldim. Qarşıdakı hədəflərim Paris-2024-də Yay Paralimpiya Oyunlarında da uğurumu davam etdirməkdir”.