"Böyük Dəbilqə": Yığmamızın 9 cüdoçusu mübarizəyə qoşulacaq
Bu gün Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" yarışında növbəti görüşlər baş tutacaq.
Mediasport.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan 9 idmançısı medal qazanmağa çalışacaq.
Xatırladaq ki, ilk gün 15 cüdoçumuzdan yalnız ikisi medalçılar sırasına düşə bilib.
60 kq çəkidə Balabəy Ağayev və 66 kq çəkidə Yaşar Nəcəfov üçüncü yeri qazanıblar.
Sabah yekunlaşacaq turnirdə ölkəmiz 32 idmançı ilə təmsil olunur.
"Böyük Dəbilqə" yarışı
Aytac Qardaşxanlı (63 kq) – Zulhumar Daşkinova (Türkmənistan): 1/16 final
Günel Həsənli (70 kq) – Aleksandra Samarciç (Bosniya və Herseqovina): 1/16 final
Hidayət Heydərov (73 kq) – Karim Adarvez (Argentina): 1/16 final
Rəşid Məmmədəliyev (73 kq) – Tohar Butbul (İsrail): 1/16 final
Nurlan Osmanov (73 kq) – Xorxe Qarsiya (İspaniya): 1/32 final
İbrahim Əliyev (73 kq) – Hamad Sulayman (Səudiyyə Ərəbistanı): 1/16 final
Səid Mollayi (81 kq) – Mustafa Həbib (Bosniya və Herseqovina): 1/16 final
Zelim Tçkayev (81 kq) – Abdulelah Albali (Səudiyyə Ərəbistanı): 1/16 final
Ömər Rəcəbli (81 kq) – Mohammed Alharbi (Səudiyyə Ərəbistanı): 1/16 final