Avropa çempionatı: 6 cüdoçumuz çempionluq yarışına start verəcək
Estoniyanın paytaxtı Tallində gənc oğlanlardan və qızlardan ibarət cüdo üzrə Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, bu gün Azərbaycanın 6 cüdoçusu tatamiyə çıxacaq.
Qızların mübarizəsində 1/8 finalda Nigar Süleymanovanın (+78 kq) rəqibi fransalı Selia Cancan olacaq.
Oğlanların yarışında 90 kq çəki dərəcəsində Aslan Kotsoyev Alsksandru Sibisan (Rumıniya), Tuncay Şamil Kiril Volkovla (Litva) üz-üzə gələcək.
Azad Bağırov (100 kq) ilk mərhələdə Frantizel Lhotzkini (Çexiya) sınağa çəkəcək.
1/8 finalda +100 kq çəki dərəcəsində mübarizəyə qoşulacaq Kənan Nəsibov (+100 kq) Fedir Yarosenkoyal (Ukrayna) ilə qarşılaşacaq. Ramazan Əhmədov litvalı Armandas Vaskasdan güclü olmağa çalışacaq.
Xatırladaq ki, Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb.