Nizami dünya ikincisi olub, digərləri uduzub - DÇ-2023

Nizami dünya ikincisi olub, digərləri uduzub - DÇ-2023

Azərbaycan cüdoçusu Nizami İmranov Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.

Mediasport.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan idmançımız yalnız finalda - Yaponiya təmsilçisi Yamato Fukudaya məğlub olub.

Mundialın ilk günündə tatami üzərinə çıxan Aydın Rzayev (66 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva və Xədicə Qədəşova (hər ikisi 52 kq) medal qazana bilməyiblər.