Cüdoçumuz "Böyük Dəbilqə" yarışında qızıl medal qazandı
Azərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" yarışında medal qazanıb.
Mediasport.az xəbər verir ki, 81 kq çəkidə yarışan Zelim Tçkayev bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.
Rəşid Məmmədəliyev isə bürünc mükafat uğrunda görüşdə uduzub.
Xatırladaq ki, ilk yarış günündə mübarizəyə başlayan 6 cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc medal əldə edib.
Azərbaycan 14 idmançı ilə təmsil olunduğu turnirə sabah yekun vurulacaq.