AFFA-dan Qurbanova təbrik

AFFA-dan Qurbanova təbrik

AFFA-nın baş katibi Sərxan Hacıyev federasiyanın inzibati binasında veteran futbolçu, “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Səməd Qurbanovla görüşüb.

MediaSport.az xəbər verir ki, qurum rəsmisi S.Qurbanovu 70 illik yubileyi münasibətilə AFFA rəhbərliyi adından təbrik edib.

Qeyd edək ki, çox sürətli olduğu üçün “Jiquli” ləqəbi almış Qurbanov 1953-cü ildə Ağstafa rayonunda dünyaya gəlib. O, Azərbaycanın bütün dövrlər ərzində 33 ən yaxşı futbolçusunun siyahısında yer alıb.