İsrafilov təcili İspaniyaya yollandı

İsrafilov təcili İspaniyaya yollandı

Azərbaycan milli komandası və "Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov Azərbaycanı tərk edib.

mediasport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutudan icazə alan 31 yaşlı futbolçu təcili İspaniyaya yollanıb.

"Beşiktaş"la Avropa Konfrans Liqasının cavab oyunu çərçivəsində sabah İstanbulda baş tutacaq qarşılaşmada da meydana çıxmayacağı gözlənilən Eddi 2-ci dəfə ata olub.

Xoş gündə xanımının yanında olmaq istəyən yığmamızın üzvünün ikinci dəfə qız övladı dünyaya gəlib.

Qeyd edək ki, İsrafilov "Kəpəz"lə Premyer Liqa görüşü öncəsi zədələnib, "Beşiktaş"la Bakıdakı matçı da buraxıb.