Danışılmış oyunlara görə həbs edilən futbolçu milli komandaya çağırıldı
Futbol üzrə Cənubi Koreya millisinin baş məşqçisi Yürgen Klinsmann maraqlı addımı ilə diqqət çəkib.
mediasport.az xəbər verir ki, almaniyalı çalışdırıcı ötən ay Çində danışılmış oyunlara görə saxlanılan Son Cun-Honun adını açıqladığı heyətə salıb.
59 yaşlı mütəxəssis bunu yarımmüdafiəçiyə dəstək xarakterli edib. Koreyalılar iyunun 16-da Peru, 4 gün sonra El Salvador milliləri ilə yoldaşlıq oyunları keçirəcəklər.
31 yaşlı futbolçu ötən aya qədər Çinin Superliqa təmsilçisi “Şandon Tayşan”ın formasını geyinirdi. O, mayın 17-də heyətində çıxış etdiyi klubun baş məşqçisi Hao Veyin şikayəti əsasında həbs olunub. O, Çində 2004-cü ildən bu yana həbs edilən ilk legioner futbolçudur. Çinin xüsusi xidmət orqanları hazırda araşdırmaları davam etdirir.