Musa Dünya çempionu ilə görüşdü
Futbol üzrə Azərbaycan milli komandası və "Qarabağ"ın hücumçusu Musa Qurbanlı "Formula 1" üzrə Dünya çempionu, "Red Bull" komandasının üzvü Maks Ferstappenlə görüşüb.
mediasport.az xəbər verir ki, 21 yaşlı forvard bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, "çempionla görüşmək və söhbət etmək xoş idi" sözlərini qeyd edib. Bildirək ki, Bakıda keçirilən Qran-prinin budəfəki qalibi "Red Bull"un digər pilotu Serxio Peres olub. 2 dəfə Dünya çempionu adını qazanmış niderlandlı bu dəfə komanda yoldaşından geri qalıb.