Karamanın Şahruddini fasilədə əvəzləməsinin səbəbi - AÇIQLAMA
"Bütün riskləri gözə aldım. İlk hissədə iki qol buraxan və ruhdan düşən dostumuz var idi. Belə şeylər olur".
Mediasport.az xəbər verir ki, bu sözləri azərbaycanlı qapıçı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi Türkiyənin "Adana Dəmirspor" klubunun baş məşqçisi Hikmət Karaman deyib.
Təcrübəli mütəxəssis Superliqanın 26-cı turu çərçivəsində "Alanyaspor" səfərində fasilədən sonra millimizin qapıçısını əvəz etməsinə münasibət bildirib:
"Heç bir problem yoxdur. Oyuna daxil olan Vedat Karakuş da yaxşı çıxış etdi, penalti qaytardı. O da "Bu rəqbətdə mən də varam" dedi. Məqsədimiz məhz yeni gələnlərlə birlikdə komandada yaxşı rəqabət yaratmaqdır".
Qeyd edək ki, "Şah" 3:3 hesabı ilə başa çatan görüşün ilk hissəsində kobud səhv edərək 2 qol buraxıb. Baş məşqçi fasilədə onun yerinə meydana Vedat Karakuşu buraxıb.