Azərbaycan klubunun aylardır maaş vermədiyi millimizin məşhur qapıçısı AFFA-ya şikayət edib

Azərbaycan klubunun aylardır maaş vermədiyi millimizin məşhur qapıçısı AFFA-ya şikayət edib

Azərbaycan yığma komandası və "Neftçi"nin sabiq qapıçısı Aleksandr Jidkov AFFA-ya şikayət edib.

Mediasport.az saytına verilən məlumata görə, səbəb uzun illərdən sonra ötən ilin sentyabrında Azərbaycana gələrək 1-ci Liqa təmsilçisi "İrəvan"la müqavilə bağlayan məşqçinin 5 aydır maaş ala bilməməsidir.

58 yaşlı mütəxəssis klubun müqavilə öhdəliklərini yerinə yetirməməsindən şikayətçidir.

Məlumatı saytımıza təsdiq edən federasiyadan bildirilib ki, məsələ Oyunçuların Statusu və Transferi Komitəsində müzakirə olunduqdan sonra tez bir zamanda qərar açıqlanacaq.

Qeyd edək ki, 1984-1988-ci illərdə "Neftçi", 1994-1998-ci illərdə isə əsas milli komandamızın qapıçısı olmuş Jidkov artıq 30 ilə yaxındır yaşadığı Moskvaya qayıdıb.