"Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəm"
"Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəm".
Mediasport.az xəbər verir ki, bunu Almaniyanın Bundesliqa klubu "Nürnberq"lə müqavilə bağlayan Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
27 yaşlı forvard 2-ci Liqa klubunun rəsmi saytına açıqlama verib:
"Şüurlu şəkildə bu ölkəyə köçməyə qərar verdim. Son bir neçə gün ərzində ərazi və ətraf haqqında yaxşı təəssürat əldə edə bildim. Tez sağalmağım üçün klubda hər cür şərait mövcuddur. "Nürnberq"də çıxış edəcəyim vaxtı səbirsizliklə gözləyirəm".
Xatırladaq ki, Mahir "Nürnberq"lə 1 illik anlaşmaya qol çəkib.
Sözləşmənin müddəti mövsümün sonunda artırıla bilər.