Yığmamız gürcülərlə oynayacaq

Yığmamız gürcülərlə oynayacaq

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 13-dən 16-dək Bakıda, 17-dən 21-dək isə Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışı olacaq. 

mediasport.az xəbər verir ki, Bakı toplanışından sonra Gürcüstana gedəcək yekun heyət müəyyənləşəcək.

Milli komanda hazırlıq çərçivəsində oktyabrın 18-də və 21-də gürcüstanlı yaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək.

Toplanışa dəvət olunmuş futbolçular:

Xəyal Fərzullayev – Sumqayıt, Vaqif Malik Yeganov – Qarabağ, Rəvan Mirzəmmədov – Sabah, Murad Musayev – Qəbələ, Samir Ağayev – Qəbələ, Aslan Şirinov – Neftçi, Həmzəalı Mikayılov – Sabah, Rüfət Abbasov – Neftçi, Hacıəli Şirəliyev – Səbail, Ravil Qafarov – Qəbələ, Eşqin Əhmədov – Qəbələ, Murad Ələkbərov – Zirə, Lətif Rzayev – Neftçi, Fəxri Məmmədli – Sabah, Şahin Şahniyarov – Qəbələ, Edqar Ədilxanov – Şamaxı, Rüfət Bədəlzadə – Qəbələ, Sənan Ağalarov – Qəbələ, Arif İsrafilbəyov – Turan Tovuz, Tuncay Cəfərli – Sabah, Elmir Hüseynli – Qəbələ, Sadiq Şəfiyev – TuranTovuz Cavid Məmmədli – Mingəçevir.