Ramilin komandası yeni ilin ilk matçına bu gün çıxacaq

  Ramilin komandası yeni ilin ilk matçına bu gün çıxacaq

Bu gün Tailand Premyer Liqasında 6-cı turun təxirə salınmış oyunu keçiriləcək.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted" səfərdə "Banqkok Yunayted"lə qarşılaşacaq.

Buriram təmsilçisi 14 turdan sonra 27 xalla dördüncü pillədə qərarlaşıb.

Tailand Premyer Liqası. 6-cı tur (təxirə salınmış oyun)

16:00 "Banqkok Yunayted" - "Buriram Yunayted"