Baş məşqçi və daha 2 futbolçu Türkiyədəki zəlzələdə həyatını itirdi

Baş məşqçi və daha 2 futbolçu Türkiyədəki zəlzələdə həyatını itirdi

Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində daha 3 futbol adamı həlak olub.

mediasport.az xəbər verir ki, "İskenderunspor" klubunun məşqçisi İbrahim Halil Ölməz və "Kahramanmaraş İstiqlalspor"un futbolçuları - Hakan Doğanla Tanər Kahraman faciədə həyatını itirib.

39 yaşlı məşqçi dağıntılar altından xilas edilsə də, xəstəxanada dünyasını dəyişib. Futbolçuların isə cansız cəsədləri tapılıb. Daha əvvəl "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslanın zəlzələ zamanı həlak olduğu açıqlanmışdı.