Milli komandamızın futbolçusu qəzaya düşdü - Xəsarət alan var

Milli komandamızın futbolçusu qəzaya düşdü - Xəsarət alan var

Azərbaycan milli komandası və “Qəbələ”nin futbolçusu Emil Səfərov qəzaya düşüb.

MediaSport.az xəbər verir ki, Hadisə dünən axşam saatlarında Zaqatalanın rayonun Yengiyan kəndi ərazisində minik avtomobilləri toqquşması nəticəsində baş verib.

Kənd sakini 21 yaşlı Emil Ceyhun oğlu Səfərovun idarə etdiyi "VAZ-2107” markalı minik avtomobili 1995-ci il təvəllüdlü Qurban Nəsrullah oğlu Həsrətovun idarə etdyi "Niva” markalı maşınla toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan "Niva"nın sürücüsü Q.Həsrətov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.