Azərbaycan Ordusunun hərbi qulluqçuları həlak olublar!

Azərbaycan Ordusunun hərbi qulluqçuları həlak olublar!

Sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları həlak olublar.

Mediasport.az xəbər verir ki, bunlar Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğludur.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!