"Bayer" və PSJ-dən "qızıl dubl", "Mançester Yunayted"dən kubok
İngiltərə, Almaniya və Fransada kubokların qalibləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, ölkə çempionları - "Bayer" və PSJ mövsümü "qızıl dubl"la, liqada uğursuz olan "Mançester Yunayted" kubokla başa vurub.
Şabi Alonsonun rəhbərlik etdiyi Leverkuzen təmsilçisi kubokun finalında sürpriz "Kayzerslautern"dən üstün olub - 1:0.
Son illərin dəyişməz Fransa çempionu PSJ "Lion"a 2:1 hesabı ilə qalib gələrək kuboka sahib çıxıb.
"Mançester Yunayted" isə derbidə əbədi rəqib "Mançester Siti"ni 2:1 hesabı ilə məğlub edib.