Qol vurmadı - Avropa Liqasında həftənin ən yaxşısı oyunçusu oldu
UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, "Atalanta"nın müdafiəçisi Berat Cimşiti UEFA-nın saytında keçirilən səsvermədə 1-ci olub.
31 yaşlı albaniyalı "Liverpul"la cavab qarşılaşmasında (0:1) yüksək səviyyəli performans nümayiş etdirib.
O, Jordan Veretu ("Marsel"), Canluka Mançini ("Roma") və Matey Kovarı ("Bayer") qabaqlayıb.
Qeyd edək ki, ilk görüşdə rəqib qapısından 3 cavabsız top keçirən "Atalanta" cavab oyununda minimal hesablı məğlubiyyətlə yarımfinala vəsiqə qazanıb.